Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun iki tenderi - "Azertikinti-M" MMC-yə verildi.
Zabuxda 23 evin tikintisinə 4,3 milyon manat - SƏRF OLUNACAQ
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu daha iki tendere yekun vurub .
FED.az xəbər verir ki, hər iki tenderin qalibi "Azertikinti-M" MMC olub. Şirkətlə iki tender üzrə ümumi olaraq 350 012 manat məbləğində müqavilə imzalanıb .
Satınalma predmeti və məbləğlər aşağıdaki kimi müəyyənləşdirilmişdir :
Satınalma Predmeti |
Məbləğ (AZN) |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində birinci mərhələdə inzibati binanın tikintisi |
186 401 |
Laçın rayonunun Zabux yaşayış məntəqəsində birinci mərhələdə tibb məntəqəsinin tikintisi |
163 611 |