DİN Daxili Qoşunlar Baş İdarəsi geyim və əşya almaq üçün keçirdiyi tenderlərin nəticələri məlum olub.
Eləcə də bax: 16 milyon manatlıq dövlət tenderini - BU ŞİRKƏT QAZANDI
FED.az xəbər verir ki, tenderlərin qalibləri "BUTA-TİKİŞ" MMC, "BAKIXANOV TRİKOTAJ" ASC, "ME.GA.AN" MMC olub. Tenderlərin ümumi məbləği 2 milyon 71 min 523 manatdır.
Əşya əmlakları (Futbolkalar, alt tumanları və köynəkləri) üzrə tenderi "Bakixanov Trikotaj" ASC qazanıb. Şirkətlə 488 min 350 manatlıq müqavilə bağlanıb.
Geyim əmlakları və ləvazimatları (plaş-çadır, uçuş gödəkcələri, səhra və idman çantaları, əşya torbaları, qumquma üzlükləri və onlük) üzrə tenderi "BUTA-TİKİŞ" MMC qazanıb. Şirkətlə 514 min 678 manatlıq müqavilə bağlanıb.
Geyim əmlakları və ləvazimatları (Boyunluqaltılar, dəsmallar, balış və yorğan üzləri, döşək ağları, önlüklər və qolçaqlar) üzrə tenderi "BUTA-TİKİŞ" MMC qazanıb. Şirkətlə 488 min 95 manatlıq müqavilə bağlanıb.
Geyim əmlakları və ləvazimatları (Qış və yay tufliləri, qadın üçün uzunboğaz çəkmələr, kazarma başmaqları, idman ayaqqabıları) üzrə tenderi "ME.GA.AN" MMC qazanıb. Şirkətlə 580 min 400 manatlıq müqavilə bağlanıb.