Banner

Tenderlər

Dövlət qurumunun binasının qarşısında şəlalə tikiləcək – TENDER

Dövlət qurumunun binasının qarşısında şəlalə tikiləcək – TENDER | FED.az
15:59 25 Noy 2019

Vergilər Nazirliyi yanında  Milli Gəlirlər Departamenti ilə “Bakı Abadlıq Xidməti” MMC arasında müqavilə imzalanıb.

FED.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə İnzibati binasının qarşısında olan şəlalə sisteminin texniki təminatı və parkın abadlaşdırılması xidməti nəzərdə tutulub.

Müqavilənin məbləği 49 912 manatdır.

Bildirək ki, Bakı Abadlıq Xidməti (Baku Maintenance Service) 2008-ci ildən yaşıllaşdırma, abadlaşdırma, əraziyə qulluq, fasadların təmiri və parkların tikintisi xidmətlərini təqdim edir. 

Digər xəbərlər

Banner