Dövlət Məşğulluq Agentliyi Bərdə və Quba Peşə Hazırlığı Mərkəzləri üzrə tədris materiallarının hazırlanması və maddi-texniki bazanın beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə məsləhət xidmətlərinin satın alınması üzrə tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, 797 644 manatlıq tenderin qalibi "Qafqaz Consulting" MMC olub.
Tenderlə Peşə Hazırlıq Mərkəzinin (bundan sonra Mərkəz) işşiz və işaxtaran şəxslərin peşə hazırlığının həyata keçirilməsi istiqamətində ümumi fəaliyyət konsepsiyasının hazırlanması, hazırlanmış tədris proqramları (sillabuslar) və təlim materialları əsasında təlim keçəcək pedaqoji və inzibati/mütəxəssis heyətinin sifarişçinin müəyyən edəcəyi meyarlar üzrə seçilməsi və onlar üçün təlimin təşkili və s. işlər görüləcək.
Artıq tərəflər arasında satınalma müqaviləsi bağıanılıb.