Regional Su Meliorasiya Xidməti tərəfindən elan edilmiş tender ləğv edilib.
Təhsil müəssisəsinin 895 min manatlıq tenderi bu səbəbdən - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, sözügedən tender Naxçıvan MR, Quba, Balakən, Qax, Ağsu, Şəki, Zaqatala və Xızı rayonlarında layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə bağlı elan edilmişdi.
Ləğv edilmə qərarı 14 oktyabr 2025-ci il tarixli, AİBNDA/SQ-10619/2025 nömrəli sənədə əsasən nəzarət orqanı tərəfindən qəbul edilib, əlavə detallar açıqlanmayıb.
Satınalmanın ehtimal olunan qiyməti 774 859 AZN təşkil edirdi. Müsabiqə 8 avqust 2025-ci il, saat 17:28-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 1 sentyabr 2025-ci il, saat 17:00-da nəzərdə tutulmuşdu.