Tikilməkdə Olan Meliorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti bir-birinin ardınca tenderin nəticələrini açıqlayıb. FED.az xəbər verir ki,“Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması” tenderinin qalibi «SUPEK” Proje Müşavirlik A.Ş. şirkəti olub. Şirkətlə bu tender üzrə 3 milyon 505 min manat dəyərində müqavilə imzalanıb.
"Qazax rayonunun Kəmərli kəndinin əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırlması tədbirləri" üzrə işlərin satınalınması” tenderinin qalibi “Fərhad” MMC olub. Şirkətlə 2 milyon 129 min 060 məbləğində müqavilə imzalanıb.
«Baş Mil-Muğan kollektorunun suyundan əkin sahələrinin suvarılmasında istfadə olunması məqsədilə Texniki-iqtsadi əsaslandırmanın hazırlanması» tenderinin qalibi “Geo-Su Group” MMC olub. Şirkətlə 800 min manat məbləğində müqavilə imzalanıb.
«Mingəçevir şəhəri ətrafında Kür çayının sağ sahilində formalaşmış sututarların suyunun suvarma məqsədilə istifadə edilməsinin texniki-iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması» tenderinin qalibi yenə də “Geo-Su Group” MMC olub. Şirkətlə bu tender üzrə 1 milyon 200 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, ümumilikdə tenderlərin ümumi dəyəri 7 milyon 634 min 060 manat təşkil edib.