Bakı Dövlət Universiteti balansında olan tədris və inzibati binaların və ərazilərin mühafizəsi xidmətinin satınalınması üzrə elan etdiyi tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 536 664 manatlıq tenderin qalibi "Gesco" ASC olub.
Mühafizə xidməti mühafizəçi, növbə rəisi, xidmət rəisinin müavini, xidmət rəisi olmaqla 54 nəfərdən ibarət olacaq.