Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti növbəti 3 iri tenderin nəticələrini açıqlayıb. FED.az xəbər verir ki,“ “Boz-Təpə kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması” (I mərhələ)” tenderinin qalibi «Özgün İnşaat Taahhüt Sanayi ve Ticaret Ltd. Şti” şirkəti olub. Şirkətlə bu tender üzrə 36 milyon 369 min 654 manat dəyərində müqavilə imzalanıb.
"Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər”in layihə - smeta sənədlərinin hazırlanması və tikinti işlərinin aparılması üzrə" tenderinin qalibi “«Muğansutikinti» MMC olub. Şirkətlə 5 milyon 625 min məbləğində müqavilə imzalanıb.
«Azərbaycan Respublikasının rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının layihələndirilməsi və qazılması» (373 quyunun layihə-smeta sənədlərinin hazırlanması)» tenderinin qalibi “Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu «Azdövsutəslayihə»” olub. Şirkətlə 1 milyon 561 min 500 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, ümumilikdə tenderlərin ümumi dəyəri 43 milyon 556 min 154 manat təşkil edib.