Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “İcarə xidmətinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi Ülkər Firudin Qızı Əliyeva olub.
Şirkətlə 3 828 000 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 60 ay müddətinə 4 400 m(2) inzibati bina sahəsinin icarəsi satın alınacaq.