"AZƏRİŞIQ" ASC “Ağcabədi rayonu, Pərioğlanları və Hacıbədəlli kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderinin nəticələrini açıqlayıb.
Dövlət qurumunun 3,8 milyon manatlıq tenderinin nəticələri – MƏLUM OLUB
FED.az xəbər verir ki, tenderin qalibi "İTES COMPANY" QSC şirkəti olub. Şirkətlə 3 milyon 475 min 628 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də qurumun 1 milyon 729 min 331 manat dəyərindəki “Neftçala rayonu, Xolqaraqaşlı kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması” (03.10.2022) və 1 milyon 888 min 544 manat dəyərindəki “İmişli rayonu, Qaravəlli və Mirili kəndləri ərazisində 10 kV-luq hava xəttinin, 100/160/250/400 kVA gücündə 10/0,4 kV-luq KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin quraşdırılması işlərinin satın alınması”(20.09.2021) tenderlərini qazanıb.