İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi «Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatlarının satın alınması» adlı tenderə yekun vurub.
Eləcə də bax: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 1, 2 milyon manatlıq - DƏRMAN ALIR
FED.az xəbər verir ki, tenderdə «Paşa K» MMC şirkəti qalib gəlib. Həmin şirkətlə 3 milyon 353 min 221 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, «Paşa K» MMC əsasən dərman və tibbi avadanlıq üzrə dövlət tenderlərində iştirak edir.
Şirkət bu il 10 tenderin qalibi olub. Onlardan 8-i İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin, 2 tender isə «Azərbaycan Dəmir Yolları» QSC-nin tenderləri olub.
Ümumilikdə bu il «Paşa K» MMC dövlət tenderlərindən 7,2 milyon manat sifariş əldə edib.