Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi " Subartezian quyuları üçün təmir aqreqatlarının satınalınması” və “Elektrik dərinlikli subartezian nasos aqreqatlarının satınalınması” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci tenderin qalibi "AZLIFT PRO" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə bu tender üzrə 975 min 010 manat dəyərində müqavilə imzalanıb.
Digə tenderin qalibi isə türk şirkəti olan “İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim Şirketi” şirkəti olub. Həmin şirkətlə 1 milyon 173 min 558 manat dəyərində müqvailə imzalanıb. İki müqavilənin birlikdə dəyəri 2 milyon 148 min 568 manat təşkil edib.