Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Mebel inventarlarının satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Vest-LTD” QSC olub.
Şirkətlə 17 087 191 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Vest-LTD” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 050 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Verdəliyev Əlimərdan oğludur. Hüquqi ünvanı AZ1134, Bakı Şəhəri Binəqədi Rayonu, Cavad Xan, ev 51, m. 46 ünvanında yerləşir.