Texnoloji İstehsalat Kompleksləşdirmə İdarəsi “Ukraynanın İrpen şəhərində bir sıra sosial təyinatlı obyektlərin - mədəniyyət mərkəzinin, uşaq və gənclər idman məktəbinin, incəsənət mərkəzinin və 1 (bir) ədəd doqquz mərtəbəli yaşayış binasının layihələndirilməsi işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu olub.
Şirkətlə 1 100 000 manat məbləğində müqavilə imzalanıb .