Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Kimya, fizika və biologiya laboratoriyalarının satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA" QSC olub. Şirkətlə 1 milyon 084 min 298 AZN dəyərində müqavilə imzalanıb.