"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsi açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti 1 saylı Bakı Ərazisi Bakı şəhəri, Nəriman rayonu, Ələgər Qayıbov 40 ünvanında yerləşən inzibati binasında təmir və yenidənqurma işlərinin aparılmasıdır. İlkin ehtimal olunan qiymət 8 milyon 938 min 796 manatdır.
Tender ötən ilin 30 dekabr tarixində dərc olunub. Təkliflər yanvarın 16-a qədər təqdim olunmalıdır.
Tenderdə iştirak haqqı 1 500 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Qeyd edək ki, dövlət qurumu ötən il ərzində 3 tender müqaviləsi bağlayıb. Müxtəlif kompüter avadanlıqlarının satınalınması ilə bağlı "Caspian Supplies Aze" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə dəyəri 84 min 590 manat olan müqavilə imzalanıb.
Bundan başqa, 1 saylı Bakı Ərazi İdarəsi katric alınması, doldurulması və printerlərin təmiri ilə bağlı "Kainat-Print" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə dəyəri 137 min 90 manat təşkil edən, dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı "Ofis Aləmi" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə dəyəri 168 min 755 manat olan satınalınma müqaviləsi bağlayıb.
Budəfəki tenderin əlaqələnirici şəxsləri baş mütəxəssis Gülarə Həsənova və şöbə müdiri Şahin Ömərovdur.
Əlaqə:
[email protected]
[email protected]
+994 12 510 84 30
İddiaçılar təkliflərini Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr 135 ünvanına bildirə bilərlər.











