DİN Daxili Qoşunlar Baş İdarəsi “Yumşaq inventarın, yataq ləvazimatlarının və xüsusi geyimlərin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumunun 7,2 milyonluq tenderinin qalibi – MƏLUM OLDU
FED.az xəbər verir ki, tenderin qalibi “Esen Tekstil” MMC olub.
Qalib şirkətlə 10 429 725 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Esen Tekstil” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşid Xəlilov Tahir oğludur. Hüquqi ünvanı AZ1116, Bakı Şəhəri Binəqədi Rayonu, Mikrorayon 7, ev 29 B, m. 86 ünvanında yerləşir.