Milli Onkologiya Mərkəzi “Kimyəvi dərman preparatları, laborator müayinələr üçün reaktivlər və xüsusu tibbi sərf materiallarının satın alınması” təkliflər sorğusunun nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC (VÖEN: 1500072561) olub.
Şirkətlə 4 970 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Azəri Med” QSC daha öncə Bakı Sağlamlıq Mərkəzi ilə 9 791 229 manat məbləğində “Dərman preparatlarının və tibbi sərfiyyat mallarının satınalınması” tenderi üzrə müqavilə bağlanılıb (24.11.2022).