Dövlət Vergi Xidməti 2026-cı il üzrə server infrastrukturuna, fərdi kompüterlərə, periferiya qurğularına, korporativ rabitə şəbəkəsinə və proqram təminatına texniki və istismar xidmətlərinin göstərilməsi ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Caspel" MMC (VÖEN: 1300701451) olub.
Qalib şirkətlə 2 766 440 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 2 865 448 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "Caspel" MMC bundan əvvəl "Səhiyyənin Təminat Mərkəzi" PHŞ-in maşın və avadanlıqların satın alınması ilə bağlı 27 dekabr 2024-cü il tarixində keçirdiyi 1 778 242 manatlıq tenderin də qalibi olub.
Qeyd edək ki, “Caspel” MMC 2 avqust 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 146 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev Məhi oğludur. Hüquqi ünvanı AZ1130, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 50B ünvanında yerləşir.












