“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC 2 tenderə yekun vurub.
Agentlik texnoloji avadanlıqlara və lisenziyalara 4 milyon manata yaxın pul - XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, hər 2 tenderin qalibi “Caspel” MMC seçilib.
Dövlət qurumu qalib şirkətlə ümumilikdə 16 075 216 manat dəyərində müqavilələr imzalayıb.
““Yüksək performanslı superkompüter infrastrukturunun qurulması üçün avadanlıqlar, lisenziyalar, quraşdırılması, sazlanması və əlaqədar xidmətlər”in satınalınması” tenderi “Caspel” MMC-yə 10 474 958 manat qazandırıb.
İkinci tender – ““Milli Məkan Məlumatları informasiya sisteminin hazırlanması üçün proqramlaşdırma mühitinin qurulması, proqram təminatının hazırlanması, testlərin aparılması, pilotun təşkili və çıxan xətaların aradan qaldırılması üçün texnoloji mühitin qurulması məqsədilə avadanlıqların və xidmətlər”in satın alınması” tenderinin dəyəri isə 5 600 258 manat təşkil edib.
Qeyd edək ki, “Caspel” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 146 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev Məhi oğludur. Hüquqi ünvanı AZ1130, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 50B ünvanında yerləşir.