"Azerbaijan International Telecom (Azıntelecom)" MMC “Hökumət Buludu layihəsi çərçivəsində mövcud şəbəkənin genişləndirilməsi məqsədilə avadanlıqların satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu 7,5 milyonluq kompüter dəstləri aldı - QALİB ŞİRKƏT
FED.az xəbər verir ki, tenderin qalibi “Bestcomp Group” QSC (VÖEN: 1300141651) olub.
Qalib şirkətə 12 364 966 manat ödəniləcək.
Qeyd edək ki, “Bestcomp Group” QSC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 8 962 330 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərid Həsənov Rafiq oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 25E ünvanında yerləşir.