Milli Hematologiya və Transfuziologiya Mərkəzi “Dərman vasitələri,reaktiv və reagent maddələr, tibbi sərf və tibbi ləvazimatların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Avromed Company” QSC olub.
Şirkətlə 36 599 751 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Avromed Company” QSC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 57 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov İnqilab oğludur. Hüquqi ünvanı AZ1010, Bakı Şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşir.