“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2019-cu il martın 12-də keçirilmiş tenderinin qaliblərini açıqlayıb.
FED.az xəbər verir ki, tenderdə qalib gəlmiş şirkətlərlə bağlanan müqavilələr ümumilikdə 88 milyon 564 min 250 manat təşkil edir.
Müqavilələrin şərtləri aşağıdakı kimidir :
1. “Körpü-Bina-Tikinti” MMC ilə 9 milyon 528 min manatlıq müqavilə bağlanıb.
2. “Muğansutikinti” MMC ilə 61 milyon 335 min manat və 2 milyon 983 min manatlıq 2 fərqli müqavilə bağlanılıb.
3. “Fərhad” MMC ilə 1 milyon 988 min manatlıq müqavilə bağlanıb.
4. “Qarabağ-ER” MMC ilə 1 milyon 342 min 500 manat və 1 milyon 839 min 750 manatlıq 2 fərqli müqavilə bağlanıb.
5. “Afgan Holding” MMC ilə 3 milyon 750 min 150 manat və 944 min 250 manatlıq müqavilə bağlanıb.
6. “Azərtranss” MMC 1 milyon 969 min 100 manat və “Rəmzi”MMC ilə 2 milyon 884 min 500 manat məbləğində 2019-cu il aprelin 11-də müqavilə bağlanıb.
Dövlət qurumundan 88 milyonluq - MÜQAVİLƏ
09:47
26 Aprel 2019