Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti keçirtdiyi 7 lotluq tenderə yekun vurub və qaliblərlə müqavilələr bağlayıb.
FED.az TENDER xəbər verir ki,bağlanmış müqavilələrin ümumi məbləği 3 711 141 manat təşkil edib. Ən böyük müqavilə mətbəə işləri üçün «İndiqo» şirkəti ilə bağlanılıb – 2,265 milyon manat. Bağlanmış müqavilələr haqda məlumat:
Lot-1 İnventarın satınalınması "İmpuls-2014" MMC -292 062 manat.
Lot-2 Digər maşın və avadanlığın satınalınması "İmpuls-2014" MMC -290 693 manat.
Lot-3 Azqiymətli avadanlığın satınalınması "Romeda GROUP" MMC -186 475 manat.
Lot-4 Çap məhsullarının satınalınması "Printland" MMC -289 454 manat.
Lot-5 Mətbəə işlərinin satınalınması "İndiqo" MMC -2 265 200,00 manat.
Lot-6 Dəftərxana ləvazimatının satınalınması "Danimar MM" MMC -196 362 manat.
Lot-7 Təsərrüfat mallarının satınalınması "İmza OFİS" MMC -190 896 manat.