"AZƏRİŞIQ" ASC tenderlərinin qaliblərini açıqlayıb.
Eləcə də bax: Nazirliyin 17 milyon manatlıq tenderlərini - BU ŞİRKƏTLƏR QAZANDI
FED.az xəbər verir ki, qurumun keçirdiyi 7 tenderin ümumi məbləği 30 milyon 268 min 913 manatdır.
“Azərişıq” ASC:
"Göknur Bakı LTD" MMC ilə Müxtəlif növ Kabellərin satın alınması üçün 17 milyon 264 min 667 manat
"Azelektro Service Co" MMC ilə “ASAN xidmət” mərkəzlərinin “Azərişıq” ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif tipli dayaqların satın alınması üçün 7 milyon 029 min 874 manat
“Enerji Təchizat Qrup” MMC ilə Beton ÖİN dayaqların satın alınması üçün 2 milyon 290 min 262 manat
"Mix Pro" MMC ilə Müxtəlif sərfiyyat mallarının satın alınması üçün 1 milyon 648 min 388 manat
"GBS" MMC ilə “ASAN xidmət” mərkəzlərinin “Azərişıq” ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif tipli qutu və panoların satın alınması üçün 961 min 464 manat
"Elektro Company" MMC ilə "ASAN xidmət" mərkəzlərinin "Azərişıq" ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif ÖİN aksesuarlarının satın alınması üçün 936 min 176 manat
"QARDAŞLAR MEBEL-3" MMC ilə İnteryer avadanlığının satınalınması üçün 138 min 83 manat məbləğində müqavilələr bağlayıb.