Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində görüləcək işlər üzrə keçirdiyi daha bir tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Abşeronda 29 bina tikiləcək – BU ŞİRKƏTƏ 70 MİLYON MANAT PUL AYRILDI
FED.az xəbər evrir ki, tenderi "Konsept Holding" MMC qazanıb. Fond "Konsept Holding" MMC ilə 9 mərtəbəli 54 mənzilli 42 №-li yaşayış binasının tikintisi üçün müqavilə bağlayıb.
Müqavilənin məbləği 2 milyon 880 min 960 manat olub.