Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzinin əhatə etdiyi təhsil müəssisələri üzrə istilik enerjisinin (quru odun yanacağı) satınalınması məqsədi ilə açıq tender keçirilib.
04 aprel 2019-cu il tarixdə zərflər açılmış və yekun protokol tertib edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə göndərilib.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ASİMDX-15/01-5/3918p saylı 15 aprel 2019-cu il tarixli məktubuna əsasən 19 aprel 2019-cu il tarixdə "Master-Ofis" MMC (VÖEN 6500610581) ilə 251163 (iki yüz əlli bir min bir yüz altımış üç manat) manat məbləğində müqavilə bağlanılıb.
Dövlət qurumundan 251 min manatlıq – SATIN ALMA
10:10
20 Aprel 2019