"BakuBus" MMC nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan avdanlıqların alınması üçün elan etdiyi tenderlərin qalibini açıqlayıb.
Eləcə də bax: DOST Agentliyi auditə - 17 MİN MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tenderləri qazanan şirkət "Aztech and Tegeta Motors" MMC-dir. "BakuBus" MMC şirkətlə müqavilələr bağlayıb. Müqavilələrin ümumi məbləği 1 milyon 135,3 min manat olub.
Qeyd edək ki, “BakuBus” MMC nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan arxa körpü, əyləc və asqıya aid ehtiyat hissələrinin alınması üçün 513 min 842 manat; ön asqıya aid ehtiyat hissələrinin satınalınması 621 min 458 xərcləyib.