“Azərbaycan Dəmir Yolları” QSC ““Azərbaycan Dəmir Yollarının Rəqəmsallaşdırılması ilə bağlı xərclər” layihəsi çərçivəsində İKT avadanlıqlarının satın alınması” tenderinin nəticələrini elan edib.
“Smartıt” MMC 4,3 mlyonluq tenderi – UDDU
FED.az xəbər verir ki, tenderin qalibi “İnfinitech” MMC olub.
Qalib şirkətə 1 066 986 manat ödəniləcək.
Bu qiymətə 240 ədəd notbuk, 120 ədəd fərdi komputer, 45 ədəd monitor (27 inc), 30 ədəd monitor peşəkarlar üçün (27 inc), 10 ədəd bucaqlı monitor, 5 ədəd monitorda istifadə üçün qələm, 50 ədəd şunurlu maus, 30 ədəd veb kamera, 50 ədəd naqilsiz maus və klavyatura, 50 ədəd şunurlu klavyatura, 50 ədəd çox funksiyalı keçirici, 30 ədəd çanta, 30 ədəd çox funksiyalı guc qaynağı, 50 ədəd transresever (min 40 KM ), 6 ədəd məlumat keçirici və 2.000 m fiber optik kabel daxildir.