Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi “Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Cavidan-N” MMC olub.
Şirkətlə 1 136 824 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 7 350 ədəd gödəkcə fəhlə üçün, hər birindən 7 350 dəst olmaqla işçi geyimi dəsti(qış mövsümü üçün) və işçi geyimi dəsti(yay mövsümü üçün), hər birindən 7 350 cüt olmaqla çəkmə (fəhlə üçün), rezin çəkmə (uzunboğaz) və fəhlə əlcəyi (beşbaqmaq)
150 dəst qaynaqçı geyim dəsti, 200 dəst döşək (pambıq),yastıq (pambıq),odeyal (yun) və 1 150 dəst yataq dəsti (çit) (dözək üzü,mələfə,yataq üzü) satın alınacaq.