"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəz "Yeni il bayramı ilə əlaqədar "Sehrli Qala" tədbirinin təşkili ilə bağlı xidmətlərin satın alınması" kotirovka sorğusunu yekunlaşdırıb.
FED.az xəbər verir ki, sorğunun qalibi fiziki şəxs Yelena Yuryevna Hüseynova seçilib.
Tədbirin təşkili üçün qalib şəxsə 43 269 manat ödəniləcək.
Xidmətlər aşağıdakı işlər daxildir:
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Qız Qalası meydanının işıqlandırılması |
Qız Qalası meydanında tarix-memarlıq üslubunu və görünüşünü qorumaq şərtilə işıqların quraşdırılması, montaj və demontajı və ərazidə işıqların təminatı üçün elektrik xəttlərinin çəkilişi |
4 |
ədəd |
2 |
Qoşa Qala meydanında işıqların montajı və demontajı |
Qoşa Qala meydanında (Qoşa Qala meydanının vizuallığı nəzərə alınmaqla) qurulacaq dekorativ işıqların asılması üçün elektrik xəttlərinin çəkilməsi, ümumi meydanın bəzədilməsi zamanı quraşdırılma işləri üçün istifadə ediləcək kran avtomobilləri və digər texniki avadanlıqların gətirilməsi |
4 |
ədəd |
3 |
Qoşa Qala meydanında Yeni il Bəzəkləri ilə Yeni il Guşəsinin yaradılması |
Qoşa Qala meydanında Yeni il bəzəkləri, banner və ikonlarından istifadə edərək xüsusi Yeni il Guşəsinin yaradılması |
1 |
ədəd |
4 |
Taxta evciklərin bəzədilməsi |
Festival zonasında (Qoşa Qala meydanının vizuallığı nəzərə alınmaqla) yerləşdiriləcək taxta evciklərin hər birində Yeni il oyuncaqlarının əlavə edilməsi və yeni il tematikalı dekorativ bəzəklərlə bəzədilməsi (təklif ediləcək dekorasiyanın şəklini təqdim etmək mütləqdir) |
8 |
ədəd |
5 |
Taxta evciklər üçün elektrik xəttinin çəkilməsi |
Festival zonasında yerləşdiriləcək taxta evciklərin hər birində yeni il işıqlandırılmasının təminatı üçün elektrik xəttlərinin çəkilməsi |
8 |
ədəd |
6 |
Zəncirli Binanın işıqlar ilə dekorasiyası , montajı və demontajı |
İçərişəhərin qədimlik üslubunu quruyub saxlamaq şərtilə Zəncirli Binanın işıqlarla dekorasiyası, bununla bağlı Zəncirli binaya ziyan vermədən zəruri texniki avadanlıqların istifadəsi ilə montaj və demontajın həyata keçirilməsi |
200 |
m |
7 |
Dekorativ topların bərpası və üzərinini avtomobil boyası ilə rənglənməsi |
Mövcud yeni il dekorativ toplarının bərpası, üzərinin avtomobil boyası ilə yenidən rənglənməsi və alt hissəsində Yeni il oyuncaqlarına uyğun podyum formasının hazırlanaraq əlavə edilməsi |
12 |
m(2) |
8 |
Pərdə şəkilli işıqların alınması |
Qoşa Qala meydanında yerləşdiriləcək ümumi yarmarka ərazisinin bəzədilməsi üçün 12 (3x4) m(2) ölçülü, outdoor - açıq sahədə istifadəsi nəzərə alınaraq suya və küləyə dözümlü olması şərtilə, pərdə işıqların alışı |
10 |
ədəd |
9 |
Aktyor xidməti |
Aktyor xidməti - təmsil edəcəyi rola uyğun geyim ilə hər gün 12 saat olmaqla 16 gün boyunca Santa Klaus personajının festivalda iştirakı |
1 |
gün |
10 |
Dəmir karkaslı baner |
Səhnə podiumun arxasında quraşdırılıcaq dəmir karkaslı bannerin quraşdırılması |
15 |
m(2) |
11 |
Səhnənin icarəsi |
Bayram günlərində konsert proqramının təşkili üçün ölçüsü 27 kv(2) (9*3) olan səhnənin icarəsi |
3 |
gün |
12 |
Musiqi qruplarının cəlb edilməsi |
Konsert proqramlarının təşkili zamanı hər gün 8 saat olmaqla iştirak edəcək müvafiq musiqi qruplarının dəvət edilməsi |
2 |
gün |
13 |
DJ xidməti |
Konsert proqramının təşkili zamanı hər gün 8 saat olmaqla 3 gün çıxış edəcək DJ xidməti |
3 |
gün |
14 |
Səs avadanlığının kirayəsi |
Konsert proqramının təşkili və gündəlik fon musiqisinin təminatı üçün səs avadanlığının kirayəsi |
3 |
gün |
15 |
İşçilər və könüllülərin yaxa nişanı |
Festivalın təşkilində iştirak edəcək işçilər və könüllü xidmət edənlər üçün yaxa nişanının hazırlanması |
14 |
nəfər |
16 |
Təşəkkürnamələr |
Festivalın təşkilində iştirak edəcək işçilər və könüllü xidmət edənlər üçün təşəkkürnamələrin hazırlanması |
14 |
ədəd |
17 |
Qoşa Qala meydanının dekorativ işıqlarının asılması üçün tros xəttlərin alınması |
16 dekabr tarixində Qoşa Qala meydanında qurulacaq dekorativ yeni il işıqlarının asılması üçün lazımi tros xəttlərin alınması, onları tarımlamaq və birləşdirmək üçün lazım olan boltların alınması |
600 |
m |