Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması” tenderinin nəticələrini elan edib.
Təhsil qurumundan “TAİS İKF” şirkətinə 14,3 milyonluq - SİFARİŞ
FED.az xəbər verir ki, tenderin qalibi “El-Oba” QSC olub.
Şirkətlə 32 872 634 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan 1-3 yaşa qədər 2851 nəfərin 240 gün müddətində və 71 nəfərin 288 gün müddətində, 3-6 yaşa qədər 17488 nəfərin 240 gün müddətində və 278 nəfərin 288 gün müddətində gündəlik hazır yeməklə təchizatı nəzərdə tutulub.
Qeyd edək ki, “El-Oba” QSC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüsal Niftiyev Maşalla oğludur. Hüquqi ünvanı AZ1117, Bakı Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Yeni Yaşayış Sahəsi, ev 6 ünvanında yerləşir.