"Azərsu" ASC çəkmələrin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900001751
Satınalan təşkilatın ünvanı: Moskva prospekti 67, AZ 1012 Bakı,
Müsabiqənin başlama tarixi və vaxtı: 23.06.2023 14:35
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 20.07.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.07.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 31.07.2023 16:00
Ödəniş İcraçı tərəfindən təqdim edilən hesab faktura əsasında ən qısa müddət ərzində 15 (on beş) bank günündən gec olmamaq şərti ilə Sifarişçi tərəfindən həyata keçirilir
Çatdırılma yeri - AZ1142, Bakı şəh.Babək prospekti 110V, Anbar Təsərrüfatı İdarəsi
Çatdırılma müddəti - il ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Maliyyə vəziyyəti haqqında bank arayışı
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
Sahibkarlıq subyektinin müəyyən olunması
İxtisas göstəriciləri:
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalıdır
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır (tələb olunur)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmamalı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməlidir
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları mövcud olmamalıdır. (müvafiq icra hakimiyyəti orqanının arayışı);
Malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün oxşar malların təchizatı bağlı müqavilə (ən azı 1 (bir) yerinə yetirilmiş müqavilə üzrə referans məktub və ya təsdiq edici sənədlər təqdim olunmalıdır;
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nəcibə Məmmədova, Mühəndis
Email: [email protected]
Əlaqə telefonu: 0552152275
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Çəkmə/ dəri/ qısaboğaz/ fəhlə üçün |
Zərbəyə davamlı, dəmir ucluqlu, dəmir altlıq, yüksək keyfiyyətli içlik. erqonomik formalı çəkmə, sürüşməyə davamlı, neft-yağa dayanıqlı, antistatik və poliuretan tökmə altlıqlı (ISO 20345 standartı təmin edilsin,burun hissəsində metal hissə 200 J-yə qədər qorunma təmin olunmalıdir) |
6.000 |
cüt |
2 |
Çəkmə/ dəri/ qısaboğaz/ mühəndis üçün |
Zərbəyə davamlı, dəmir ucluqlu, dəmir altlıq, yüksək keyfiyyətli içlik. erqonomik formalı çəkmə, sürüşməyə davamlı, neft-yağa dayanıqlı, antistatik və poliuretan tökmə altlıqlı (ISO 20345 standartı təmin edilsin,burun hissəsində metal hissə 200 J-yə qədər qorunma təmin olunmalıdir) |
1.500 |
cüt |
3 |
Çəkmə/ kəmərdən yuxarı/ bataqlıq üçün |
Suyadavamlı su keçirməyən PVX örtüklü. Metal burun və daban qoruyucusu |
600 |
cüt |
4 |
Çəkmə/ kəmərə qədər/ bataqlıq üçün |
Suyadavamlı su keçirməyən PVX örtüklü. Metal burun və daban qoruyucusu |
500 |
cüt |
5 |
Çəkmə/ rezin/ uzunboğaz |
Yüksək rütubətə və nəmə davamlı, PVC materialdan hazırlanmış, müxtəlif sahələrdə istifadə üçün. |
1.800 |
cüt |
6 |
Qaloş/ rezin |
PVX materialdan,su keçirməyən |
42 |
cüt |