Tovuz Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi elan etdiyi 4 ədəd tenderə yekun vurub.
Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, qalib şirkətlərlə ümumilikdə 2 985 000 AZN dəyərində müqavilələr bağlanıb.
Belə ki, “Sutikinti-Təmir” MMC (VÖEN: 3600214611) Əlimərdanlı arxının PK 31+18-PK 41+18 hissəsinin beton üzlüyə alınması və üzərindəki qurğuların təmiri işini 190 000 AZN müqabilində həyata keçirəcək.
Qeyd edək ki, “Sutikinti-Təmir” MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ərəsdun İsmayılov Fəhrad oğludur. Hüquqi ünvanı Ağstafa rayonu, Qırlı ünvanında yerləşir.
“HN Construction” QSC (VÖEN: 1304302851) isə 3 pilləli nasos stansiyasının diametri D=1220mm, L=1120 m olan təzyiqli metal boru xəttinin əsaslı təmiri üzrə 1 250 000 AZN dəyərində sifariş alıb.
Qeyd edək ki, “HN Construction” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elşən Məmmədov Oqtay oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 14 ünvanında yerləşir.
Digər tenderin qalibi “Sar Group” MMC (VÖEN: 1900607871) avtomobil yolunun Zəyəmçay çayından mühafizə edən daş-beton bəndin əsaslı təmiri üçün 1 300 000 AZN dəyərində müqavilə bağlayıb.
Qeyd edək ki, “Sar Group” MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İntiqam Səfərrov Sevindik oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin (Buzovna Qəs.), ev 8A, mənzil 14 ünvanında yerləşir. Şirkət riskli vergi ödəyicisi deyil, vergi borcu isə 14 871,45 AZN təşkil edir.
Eyni zamanda, “CTC Servis” MMC (VÖEN: 1001451161) Aşağı Quşçu, Əyyublu, Alakol kəndləri və Qovlar şəhərində yerləşən 7 subartezian quyusunun əsaslı təmir işlərini 245 000 AZN-ə icra edəcək.
Qeyd edək ki, “CTC Servis” MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vasif Rzayev Fıruddin oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, ev 14-cü km ünvanında yerləşir.