“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC cari təmir işləri ilə bağlı 2 tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki ““Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binalarının və xidmət mərkəzlərinin cari təmiri işlərinin görülməsi”nin satın alınması” tenderinin qalibi “Proqress İnşaat En” MMC olub.
Qalib şirkətə 253 213 manat ödəniləcək.
““Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binalarının və xidmət mərkəzlərinin cari təmiri işlərinin (ıı mərhələ) görülməsi”nin satın alınması” tenderinin qalibi “Proqress İnşaat En” MMC olub.
Qalib şirkətə 523 614 manat ödəniləcək.