“Təhlükəli Tullantılar” MMC “Təhlükəli tullantıların idarə olunması üzrə Milli Mərkəzin Pirəküşkül ərazisində yerləşən poliqonunda tullantıların utilizasiyası işlərinin həyata keçirilməsi üçün texnikaların illik icarəsi xidmətinin satın alınması” (1 ədəd Tırtıllı ekskavatorun (çalovun həcmi 1,3 – 1,5 m³) və 1 ədəd Vibrasiyalı asfalt basanın (16 ton) icarəsi) üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 250 manatdır, müsabiqə noyabr ayının 17-də başlayır, tələb olunan sənədlər dekabrın 7-dək, tender təklifləri isə dekabr ayının 15-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 16-da açılacaq.
Satınalan təşkilatın ünvanı: Sumqayıt şəhəri, Bakı-Quba şossesinin 33-cü km-i