Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti obyektləri üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən keçirilən tenderin qalibi müəyyən edilib.
Naxçıvan MR Nazirlər Kabineti bu şirkətdən avtomobillər aldı - TƏQRİBİ QİYMƏT
FED.az xəbər verir ki, sözügedən tender xidməti minik avtomobillərinin alınması ilə bağlı keçirilib. Tenderin qalibi "Toyota Abşeron Center" MMC (VÖEN: 3101648411) seçilib.
Tenderin dəyəri 794 850 AZN təşkil edir və 13 ədəd avtomobil alınacaq.
Qeyd edək ki, “Toyota Abşeron Center” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elşən Əhmədov Mahmud oğludur. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, ev 6-cı km ünvanında yerləşir.