İnnovasiya və Təchizat Mərkəzi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
İnnovasiya və Təchizat Mərkəzindən 20 milyonluq - SİFARİŞ
FED.az xəbər verir ki, tenderin qalibi “Azlogistika and Management Services” ASC olub.
Qalib şirkətlə 2 622 898 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, İnnovasiya və Təchizat Mərkəzi bu tenderi dövlət satınalmaları portalından kənar elan edib.