“Bakı Konqres Mərkəzi” MMC ““Bakı Konqres Mərkəzi” MMC-nin daxili şəbəkəsinə və təhlükəsizlik divarı sisteminin idarə edilməsinə texniki dəstək xidmətlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Farah İnnovations” MMC olub.
Qalib şirkətə 158 592 manat ödəniləcək.
Bu qiymətə hər biri 12 ay müddətində olmaqla extreme şəbəkə avadanlıqlarına texniki dəstəyin göstərilməsi , aruba şəbəkə avadanlıqlarına texniki dəstəyin göstərilməsi , palo alto təhlükəsizlik divarına texniki dəstəyin göstərilməsi və extreme şəbəkə avadanlıqlarına istehsalçı dəstəyi daxildir.