“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” tenderini ləğv edib.
Eləcə də bax: Bir gündə 15 tender müqaviləsi bağladı – 9 MİLYON MANAT
FED.az xəbər verir ki, mətbəx avadanlıqlarının satın alınması üçün 2019-cu il noyabrın 21-də elektron portal vasitəsilə elan edilmiş tender prosedurunun davamından imtina edib.
Tenderin ləğv edilmə səbəbi “Dövlət satınalmaları haqqında” qanunun 50-4.2 maddəsinə əsasən səmərəli rəqabəti təmin etmək məqsədilə tender təklifi təqdim etmiş malgöndərənlərin sayı üçdən az oluğudur.
50-4.2. maddədə deyilir: Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir.