Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi elektron xidmətlərdən istifadə edən vətəndaşlara sms bildirişlərinin göndərilməsi üçün balans artırılması xidmətinin satınalınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 10.01.2022-ci il saat 09:00-a kimidir. Tenderdə iştirak haqqı 200 manatdır. İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərlər.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Zəruridir.
İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmaması barədə məlumat
Zəruridir.
İddiaçının cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat
Zəruridir.
Rekvizitlər
Zəruridir.
Qeydiyyatdan keçdiyi ölkə
Zəruridir.
Nizamnamə
Zəruridir.
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Zəruridir.
Maliyyə vəziyyəti haqqında bank arayışı
Zəruridir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Zəruridir.
İddiaçının ixtisas uyğunluğu barədə sənədlər (müəssisənin ştat cədvəli, cəlb olunacaq işçilərin təhsili, peşəkarlığı, təcrübəsi, kadr potensialı haqqında məlumatlar)
Zəruridir.
İxtisas göstəriciləri:
Qeyd olunmuş prosedurlar üçün mətn
TENDER TƏKLİFİ
Texniki təklif: 45 bal
Müqavilənin yerinə yetirilməsi müddəti
25
. Tender təklifində təklif olunan Müqavilənin yerinə yetirilməsi müddətin görə balın hesablanması. (25 bal) – Müsabiqəyə təqdim olunmuş tender təkliflərində müqavilənin yerinə yetirilməsi müddətinə görə balların hesablanması aşağıdakı düsturla müəyyən olunur: MM = M1/M0*25 Burada: MM – tender təklifində müqavilənin yerinə yetirilmə müddətinin balla ifadəsi; M1 – iddiaçılar arasında ən qısa müqaviləni yerinə yetirmə müddəti; M0 – müqayisə olunan tender təklifində müqaviləni yerinə yetirmə müddəti;
Tələb olunan avans ödənişinin məbləğinə görə
20
Tələb olunan avans ödənişinin məbləğinə görə - İlkin ödəniş (avans) tələb olunmadıqda - İlkin ödəniş (avans) tələb olunmadıqda 20 - İlkin ödəniş (avans) tələb olunduqda 0
Qiymət təklifi:: 55 bal
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı
Müqavilənin ümumi məbləğinin 2%-i miqdarında müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. (Açıq tenderin keçirilməsi zamanı qiyməti 100 000 ABŞ dollarının manat ekvivalentindən az olan satınalma müqaviləsi zamanı müqavilənin yerinə yetirilməsinin təminatı tələb olunmur)
Tender təklifinin təminatının qüvvədə olma müddəti
Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır
Tender təklifinin təminatının məbləği
Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir
Tender təklifinin qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir
Tender təklifinin qiymətinin təsviri
55
Təklifin qiymət üzrə bal (55 bal) – hesablanarkən aşağıdakı düsturdan istifadə olunacaq: Ən aşağı qiymət təklifi verən iddiaçıya ən yüksək bal veriləcək. Digər iddiaçıların balları isə aşağıdakı düstur ilə hesablanacaqdır. Bt = T1 x 55 : T0 Burada: Bt – tender təklifinin qiyməti üzrə bal; T1 – iddiaçılar arasında ən aşağı qiymət təklifi; To – konkret iddiaçının komissiyaya təqdim etdiyi qiymət təklifi.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Murad Yusifov | baş məsləhətçi | [email protected] | 012 5650237(2023) |
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.