Memarlıq və İnşaat Universiteti nəzdindəki 4 saylı yataqxananın təmiri üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 577 min 60 manatlıq tenderin qalibi "Bərpa-AS" MMC olub.
Tenderlə 10 sm kərpic arakəsmənin əl ilə sökülməsi, 40sm divarın əl ilə sökülməsi, perforator vasitəsilə suvaq qatının sökülməsi, köhnə kafelin perforatorla sökülməsi, taxta döşəmənin sökülməsi, metlax döşəmənin perforatorla sökülməsi, pəncərələrin sökülməsi, qapı bloklarının sökülməsi və s. işlər görüləcək.