Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası “Tikintisi başa çatdırılmayan inzibati binanın təmir-tikinti işləri” tenderinin nəticələrini elan edib.
Bu şirkət Cəbrayılda 88 ev tikintisindən - 14 MİLYON QAZANACAQ
FED.az xəbər verir ki, tenderin qalibi “Ricon” MMC olub.
Qalib şirkətlə 3 748 920 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Ricon” MMC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşad İsmayılov Rəhim oğludur. Hüquqi ünvanı AZ1025, Bakı Şəhəri Xətai rayonu, Mərkəzi Bulvar küçəsi , ev 22 ünvanında yerləşir.