DİN Daxili Qoşunların Baş İdarəsi iri məbləğli tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Atlantis Construction Group" MMC seçilib.
Qalib şirkətə 1 167 885 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə 2023-cü il üçün Daxili Qoşunların Baş İdarəsində, Ali Hərbi Məktəbdə, Daxili Qoşunların Təlim Mərkəzində və hərbi hissələrdə aparılacaq təmir işlərinin satın alınması nəzərdə tutulur.