"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti – “Bakı Metropoliteni” QSCdə müxtəlif işlərin satınalınması ilə bağlı tender elan edir.
FED.az TENDER xəbər verir ki, tender 4 (dörd) lot üzrə keçiriləcək.
-
lot 1 - Bakı Metropoliteni QSC-nin Struktur bölmələrində havalandırma,santexnika,istilik sistemi,işıqlandırma və s. işlərin satınalınması
-
lot 2 - "Bakı Metropoliteni" QSC-nin "N.Nərimanov" elektrik deposu ərazisində tikanlı məftildən , metal profildən xüsusi tipli mühafizə hasarının və 17,24 ,40 saylı şaxtaların üzərində metal konstruksiyadan ventilyasiya köşklərinin hazırlanıb quraşdırılması işlərinin satınalınması
-
lot 3 - "Bakı Metropoliteni QSC" B-3 stansiyasında 35 kV-luq paylayıcı qurğu binasında fasadın şüşə və kompozit material ilə üzlənməsi işləri
-
lot 4 - Bakı Metropoliteni QSC-nin müxtəlif obyektlərində asfalt beton təmir işlərinin satınalınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfili küçəsi 16, ünvanına İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri şöbəsinə (Əlaqələndirici şəxs : RAUF YUSİFOV BÖYÜK AĞA OĞLU , telefon : 490-00-91) ünvanından ala bilərlər.
İştirak haqqı:
-
lot 1 - 200 AZN
-
lot 2 - 250 AZN
-
lot 3 - 250 AZN
-
lot 4 - 200 AZN
Bank rekvizitləri:
-
Hesab: AZ98AZRT38050019440010268002
-
VÖEN: 9900006111
-
Bank: "AZƏR TÜRK BANK" ASC Mərkəzi filialı
-
Kodu: 501361
-
M/H: AZ02NABZ01350100000000022944
-
S.W.İ.F.T: AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
-
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);
-
4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bankgünü qüvvədə olmalıdır);
-
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
-
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-
8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-
9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-
10. Digər sənədlər: Metropolitendə iş təcrübəsi
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29.05.2019 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10.06.2019 17:00 qədər Bakı şəhəri, M.Rəfili küçəsi 16, ünvanına İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri şöbəsinə ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 11.06.2019 15:00tarixində Bakı ş, M.Rəfili 16 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.