Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi publik hüquqi şəxs açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi publik hüquqi şəxs tərəfindən qapalı (otaqda) və açıq (çöldə) məkanlarda istifadə üçün mexaniki və sanitar-təchizatlı təkərli oturacaqların satın alınması nəzərdə tutulur.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.
İştirak haqqı: 1500 manatdır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri: Hesab: AZ10AIIB380400C9444812858107 VÖEN: 9900003611 Bank: Kapital Bank ASC Xətai filialı Kodu: 200071 VÖEN: 1000341661 M/H: AZ37NABZ01350100000000001944 S.W.İ.F.T: AIIBAZ2X "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 29.4-cü maddəsinə əsasən tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
* tenderdə iştirak etmək üçün ərizə;
* iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
* iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (sənədin əsli təqdim edilməlidir və ya surəti olduğu təqdirdə notarial qaydada təsdiq edilməlidir);
* Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq vergi orqanından alınmış arayış (sənədin əsli təqdim edilməlidir.
Əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir. Arayışın tarixi elan verilən ayı və sonrakı dövrü əhatə etməlidir);
* satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (müvafiq təsdiqedici sənədlər təqdim edilməlidir);
* öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (uçotda olduğu vergi orqanından alınmalıdır, əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir, arayışın tarixi elan verilən dövrü əhatə etməlidir);
* müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (yüklülük barədə arayış (uçotda olduğu vergi orqanından alınmalıdır, əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir, arayışın tarixi elan verilən dövrü əhatə etməlidir);
* satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (DİN və "ASAN xidmət" mərkəzlərindən məhkumluq barədə arayış (sənədin əsli təqdim edilməlidir və ya surəti olduğu təqdirdə notarial qaydada təsdiq edilməlidir, arayışın tarixi elan verilən dövrü əhatə etməlidir);
* iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir, 2022-ci il üzrə);
* iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin əsli təqdim edilməlidir, əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir, arayışın tarixi elan verilən dövrü əhatə etməlidir); * tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
* tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
* satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (notarial qaydada təsdiq olunmuş surətləri) tərtib olunmalıdır.
Tender proseduru Azərbaycan Respublikasının qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 11.07.2023-cü il saat 15:00-a qədər, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 19.07.2023-cü il saat 15:00-a qədər Bakı şəhəri, Əhmədli qəsəbəsi, Seyid Əzim Şirvani küçəsi 3 ünvanında yerləşən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 20.07.2023-cü il saat 15:00 -da Bakı şəhəri, Əhmədli qəsəbəsi, Seyid Əzim Şirvani küçəsi 3 ünvanında yerləşən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində tender komissiyasının iştirakı ilə aparılacaqdır.
İddiaçı və ya onun notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil etdiyi şəxs tender prosedurlarının açılışında iştirak edə bilər. Müvafiq orqanlardan tələb olunan sənədlərin alınması cari ayı əhatə etməsi mütləqdir.