Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Şahdağ Mehmanxana" MMC qalib olub.
Qalib şirkətə 330 400 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planından irəli gələn 2023-cü il üzrə tədbirlərin təşkilinin satın alınması nəzərdə tutulur.