Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamenti təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda "Böyük qayıdışa doğru, çadır düşərgələrindən başlayan yol adlı tədbir" nəzərdə tutulur.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: 0125308237
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti-129
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 19.06.2023 16:00
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 07.07.2023 09:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.