Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillər alacaq.
FED.az xəbər verirki, nazirlik bununla bağlı tender elan edib.
Tender şərtlərinə əsasən Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa, Salyan rayonlarında, həmçinin Şirvan şəhərində 1-, 2- və 3 otaqlı mənzillərin satınalınması nəzərdə tutulur. Ümumilikdə bu tender çərçivəsində 364 mənzil alınacaq.
Tenderdə iştirak haqqı 400 manat təşkil edir. Satınalmaya qatılmaq istəyən şəxslər təkliflərini 21 noyabr saat 18:00-dək təqdim etməlidirlər. Təkliflər zərfi 22 noyabr saat 15:00-da açılacaq.
Əlaqə telefonu: (+99412) 526-01-01 (daxili nömrə 2637).
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova, 85.