«Azərbaycan Respublikasının Kosmik Agentliyi» (AZƏRKOSMOS) PHŞ tanıtım mallarının satın alınması üzrə tender elan edib.
İqtisadiyyat Nazirliyi tender elan edir – ŞƏRTLƏR, İŞLƏR, SİYAHI
FED.az xəbər verir ki, tender üzərində «Azərkosmos»un loqosu vurulmuş 100 ədəd qələmin və 900 ədəd marketin, powerbankların, USB yaddaş kartlarının, karandaş dəsti və çanta, kəlağayı, qalstuk (VİP), ağıllı saatlar və sair malların alınmasını əhatə edir.
Tender üçün sənədlərin qəbulu avqustun 19-da, təkliflərin qəbulu avqustun 29-da başa çatır, təklif zərfləri avqustun 30-da baş tutacaq.
Tender predmeti: Tanıtım mallarının satın alınması
Musabiqənin adı: Tanıtım mallarının satın alınması
Tanıtım mallarının satın alınması
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 | Ballpoint qələm | Mat üzlü qara rəngli və metallik klipsli qələm. Diametri - 10x135 mm. Qələmin gövdə hissəsində lazerlə yerləşdiriləcək loqonun ölçüsü - 40x5 mm. Mürəkkəbin rəngi - qara. Qələmin qutusu - qara rəngli. Ölçüləri - 53x173x28 mm. | 100 | ədəd |
2 | Marker/haylayter | Marker/haylayter şəffaf plastmas qabında və şəffaf qapaq ilə olmalıdır. Ölçüləri - 26x104 mm. Markerin gövdə hissəsində yerləşəcək Azərkosmos loqosunun. ölçüsü - 35x7 mm. Rəngləri fərqli olmalıdır - yaşıl, mavi və sarı. | 900 | ədəd |
3 | Antistress topu | Poliuretan köpük materialından olmalıdır. Normal vəziyyətdə diametri - 50mm. Sıxılmış vəziyyətdə diametri 15mm. Azərkosmos loqosunun yerləşmə xüsusiyyətləri - 20mm. Topun rəngi - gümüşü olmalıdır. | 900 | ədəd |
4 | Bloknot (düz xətli vərəqli) | Bloknotun üz qabı (qovluğu) süni dəri tipli, turkuaz RGB 0 171 188 - CMYK 85 0 25 ya da mavi RGB 26 119 189 - CMYK 86 37 0 26 rəngində olan parça materialdan, iç vərəqləri - düz xətli kağızlar olmalıdır. | 250 | ədəd |
5 | Portativ simsiz sürətli şarj cihazı 10W | Qablaşdırmaya 1 ədəd kabel daxil olmalıdır. Rəngi ağ, minimum ölçüləri - 10x0.9 sm olmalıdır. Loqotip (500 ədəd Azərkosmos, 100 ədəd İAC) cihazın üst hissəsinin kənarında yerləşdirilməlidir. Şarj cihazının qutusu: 250 qramlıq karton kağızdan olan material, ağ rəngli və şarj cihazına uyğun olan qutu olmalıdır. | 150 | ədəd |
6 | Portativ şarj cihazı (powerbank). | Qablaşdırmaya 1 ədəd kabel daxil olmalıdır. Materialı - alüminium, üstü - mat olmalıdır. Simsiz (wifi) şarj etmə imkanı olmalıdır. Batareya gücü 4000mAh. USB çıxışı, Micro USB girişi olmalıdır. Cihazın minumum ölçüləri - 7x12.2x1 sm olmalıdır. Rənglər - gümüşü (300 əd) və qara (300 əd) olmalıdır. Loqotip (500 ədəd Azərkosmos, 100 ədəd İAC) cihazın üst hissəsinin altında yerləşdirilməlidir. Şarjın qutusu: 250 qramlıq karton kağızdan olan material, ağ rəngli və şarj cihazına uyğun olan qutu olmalıdır. | 550 | ədəd |
7 | USB yaddaş kartı 16Gb | Materialı - gümüşü metal və şəffaf akril olmalıdır. Hər kart individual ağ rəngli şəffaf plastmass, hər karta uyğun ölçüdə olan qutuda təqdim olmalıdır. Kartın şəffaf akril hissəsi ağ LED işıqları ilə təchiz olmalıdır. Minimum ölçüləri - 2.2 x 5.3 x 0.6 sm olmalıdır. | 250 | ədəd |
8 | USB yaddaş kartı 16Gb | Materialı - gümüşü metal və şəffaf akril, plastmass materialından qapaqla olmalıdır. Hər kart individual ağ rəngli 50g karton materialından, hər karta uyğun ölçüdə olan qutuda təqdim olunmalıdır. Kartın şəffaf akril hissəsi ağ LED işıqları ilə təchiz olunmalıdır. Minimum ölçüləri - 3.7 x 5.9 x 0.9 sm, rəngi qara olmalıdır. Üst və alt qara hissələrində lazerlə vurulmuş LOGO yerləşdirilməlidir. | 500 | ədəd |
9 | Yapışqan kağızlar | Təkrar emal olunan materialdan olan qutuda, materialı - karton olmalıdır. Qutuya 25 ədəd yapışqan kağız daxil olmalıdır (7,6 x 7,6 sm) və 125 ədəd rəngli mini yapışqan kağızlar - (1,5 x 5 sm) olmalıdır. Üst qutunun ölçüləri - 8,3 x 8,6 x 0,5 sm. Üst qutunun rəngi - tünd mavi olmalıdır. Azərkosmos loqosu qutunun üst hissəsinin mərkəzində yerləşdirilməlidir. | 500 | ədəd |
10 | EKO karandaş dəsti /5 əşyalı/ | Pambıq parçalı qutuda olmalıdır. Parçalı qutu 1 düymə ilə bağlanmalıdır. Qutunun açıq vəziyyətdə ölçüləri - 20x20 sm. Dəst 1ədəd eko karandaşdan, 1 ədəd eko qələmdən, 1 ədəd eko pozandan, 1 ədəd karandaşyonandan və 1 ədəd xətkeşdən ibarət olmalıdır. Azərkosmos loqosu parçalı qutunun "qapaq" hissəsində yerləşdirilməlidir. | 500 | ədəd |
11 | EKO Çanta | Təkrar emal olunan pambıq parçalı materialından. Rəngləri - ağ - RGB 255 255 255 - CMYK 0 0 0 0 və turkuaz RGB 0 171 188 - CMYK 85 0 25 olmalıdır. Ölçüləri - 38 x 42 sm olmalıdır. Azərkosmos loqosu çantanın bir tərəfində, mərkəzdə yerləşdirilməlidir. | 500 | ədəd |
12 | Kəlağayı | Üzərində milli ornamentlər, rəsm əsərləri və ya əlvan naxışlar əks olunmalı, minimum ölçüləri 150x150 sm, materialı 100% təbii ipəkdən olmalıdır. Buta, yarpaqlar, güllər, xarı bülbül kompozisiyası, ləçək, turunc naxış növləri əks olunmuş kəlağayılar təqdim olunmalıdır. Fon və naxış rəngləri fərqli ola bilər. Qablaşmanın xüsusiyyətləri: Üzərində Azərkosmos loqosunun əks olunduğu, çəkisi 350 qramdan çox olmayan, düzbucaqlı prizma formasında karton qutu olmalıdır. Ölçüləri: uzunluğu 20-30, eni 13-20, hündürlüyü 3-5 sm aralığında. Qutunun üst hissəsi Azərkosmosun korporativ rəngi olan Firuzəyi (rəng kodu: 0 174 178) rəngində polietilen materialla (dizayn olaraq) örtülü olmalı, qablaşma açılmadan içindəki kəlağayı görünməlidir. | 100 | ədəd |
13 | Qalstuk (VİP) | Üzərində milli ornamentlər (buta, xarı bülbül, xalça elementləri) əks olunmalıdır. Parça ikiqat jakkard toxunuşlu olmalıdır. Rəngləri - boz, mavi, gümüşü, qara, bənövşəyi ola bilər. Ölçüləri: enli hissəsi 7-9 sm, uzunluğu 140-150 sm aralığında. Üzərindəki naxışlar: buta, xarı bülbül, milli musiqi alətlərin ornamentləri. Qablaşmanın xüsusiyyətləri: Üzərində Azərkosmos loqosunun əks olunduğu, çəkisi 500 qramdan çox olmayan, düzbucaqlı prizma formasında karton qutu olmalıdır. Ölçüləri: uzunluğu 30-40 sm, eni 10-12 sm, hündürlüyü 2-4 sm, qalınlığı 3-4 mm aralığında. Qutu göy, qara və ya qızılı rəngdə olmalı, üzərində milli ornamentlər əks olunmuş naxış olmalıdır. Qablaşmanın daxilində qalstuk kraft kağız (fil dişi rəngində) bağlama ilə paketlənməlidir. | 170 | ədəd |
14 | Çay dəsti | 5 növ süfrə çayı - qara/buket çay, yaşıl çay, kəklikotulu çay, qara/berqamotlu çay, qızılgüllü çay. Hər növ çayın ayrılıqda çəkisi 50 qramdan az olmamalıdır. Qablaşmanın xüsusiyyətləri: Üzərində milli ornamentlər, əlvan naxışlar (buta, xalça elementləri) əks olunmuş düzbucaqlı prizma formasında (karton və ya taxta) qutu. Qablaşdırma - Milli naxışlarla olan (buta, çiçəklər, xarı bülbül, Nizami əsərlərindən olan səhnələrin şəkilləri) qara rəngdə qutu. Qutunun ölçüləri 5 çay qutuların ölçülərinə uyğun olmalıdır. Qeyd olunan qutunun içərisində xüsusi (parça, karton ya taxta materialdan) hədiyyəlik qablaşması olan 5 ədəd eyni ölçülü paket (qutu). Yararlılıq müddəti: Mal təqdim edildiyi vaxtdan etibarən ən azı 1 (bir) il ərzində istifadəyə yararlı olmalıdır. | 100 | ədəd |
15 | Ağıllı saat | Standart qara rəngli qolbaq (materialı - termoplastik poliuretan). Mal istehsalçı şirkətin original qablaşmasında təqdim edilməlidir. İnterfeyslər: Bluetooth 5.0 Ekran: AMOLED, minimum 1.56” (486x152px) Əməliyyat sisteminin versiyası: Android/İOS Akkumulyator: Li-polimer Akkumulyatorun həcmi: minimum 125 mA*h Enerji yığma müddəti: minimum 336 s Əməliyyat yaddaşının həcmi (RAM): minimum 2 MB Daxili yaddaş həcmi: minimum 32 MB Suya davamlı səviyyə: minimum 5 ATM (50 m) Şarj etmək üçün usb kabel təqdim edilməlidir. | 50 | ədəd |
ÜSL kod (kateqoriya) - 22462000-6 Reklam materialı,
Müsabiqənin başlama tarixi və vaxtı 18.07.2022 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 19.08.2022 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı 29.08.2022 11:00
Zərflərin açılış tarixi və vaxtı 30.08.2022 11:00